...

Vatikan muzeylərini bağlayır

Gündəm Materials 9 Mart 2020 01:30 (UTC +04:00)
Vatikan daxilində və Romadakı Papa baziliklərindən olan bütün muzeylər koronavirusun yayılmasının qarşısını almaq üçün aprelin 3-dək bağlanır
Vatikan muzeylərini bağlayır

Bakı. Trend:

Vatikan daxilində və Romadakı Papa baziliklərindən olan bütün muzeylər koronavirusun yayılmasının qarşısını almaq üçün aprelin 3-dək bağlanır.

Trend-in məlumatına görə, bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidməti xəbər verib.

Xatırladaq ki,Vatikan ərazisində koronavirusa yalnız bir yoluxma halı təsdiqlənib. Bununla bağlı yoluxan şəxslə əlaqədə olan beş nəfər karantinə yerləşdirilib.

Koronavirusun yayılması təhlükəsi səbəbindən martın 8-də tarixdə ilk dəfə olaraq ənənəvi Papa xütbəsi video müraciət formatında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti