...

Bakıda binanın damında kabab bişirənlər müəyyən olundu

Gündəm Materials 7 İyun 2020 14:15 (UTC +04:00)
Bakıda binanın damında kabab bişirənlər müəyyən olundu

Bakı. Samir Əli - Trend:

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Rüstəm Rüstəmov küçəsi 13 ünvanında yerləşən yataqxananın damında kabab bişirən şəxslər barəsində qanunverciliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti