...

688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

Gündəm Materials 3 Avqust 2020 12:05 (UTC +04:00)

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 2-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə statistikanı açıqlayıb.

BDYPİ-dən Trend-ə verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 02.08.2020-ci il saat 00:00-dan 03.08.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 429 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla ümumilikdə 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 90-ı rayon, 115-i paytaxt istiqamətinə olmaqla 205, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 50-i rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105 avtomobil geri qaytarılıb, ümumilikdə 420 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti