...

Dövlət Miqrasiya Xidməti vətəndaşların müraciətlərinin qəbuluna başladı

Gündəm Materials 20 Avqust 2020 11:36 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinin qəbulu günlərini açıqlayıb.
Dövlət Miqrasiya Xidməti vətəndaşların müraciətlərinin qəbuluna başladı

Bakı. Samir Əli - Trend:

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinin qəbulu günlərini açıqlayıb.

Xidmətdən Trendə verilən məlumatda bildirilir ki, adıçəkilən şəxslərin müraciətləri 20 avqust 2020-ci il tarixdən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti