...

Borca görə məhkum edilən şəxslər borcdan azad edilmir - Nazirlik

Gündəm Materials 4 Sentyabr 2020 12:08 (UTC +04:00)
Borca görə məhkum edilən şəxslər borcdan azad edilmir - Nazirlik

Trend-i buradan izləyin

bakı. Samir Əli - Trend:

Borca görə məhkum edilən şəxslər borc məsuliyyətindən azad edilmir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.

Onun sözlərinə görə, həbs edilən şəxsin borcunu ödəməsi təmin edilir: "Bunun üçün onların əmlakları yoxlanılır.

Əgər onun əmlakı yoxdursa belə, cəzaçəkmə müəsisəsində işlə təmin olunduğu halda həmin borc onun əmək haqqından tutulur. Məlumatların daha əlçatan olması üçün elektron informasiya sistemi yaradılıb. Vətəndaşların daşınar, daşınmaz əmlakı, pensiya, təqaüd alması barədə məlumatlar ora daxil edilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti