...

Yoluxanların sayı həndəsi silsilə ilə artır (VİDEO)

Gündəm Materials 15 Oktyabr 2020 09:34 (UTC +04:00)
Yoluxanların sayı həndəsi silsilə ilə artır (VİDEO)

Bakı. Trend:

Koronavirusun ikinci dalğası ölkəmizdə başlaya bilər.

Son sutka ərzində Azərbacanda 369 nəfər koronavirus infeksiyasına yoluxub, sağalanların sayı isə bu rəqəmdən 3 dəfə azdır. Yəni son sutka ərzində 102 nəfər bu virusdan sağalıb. Yoluxanlarla sağalanlar arsında kifayət qədər ciddi fərqin olması ölkəmizdə koronavirusun ikinci dalğasının başlanması məsələsini gündəmə gətirib. Artıq tibb işçiləri bu vəziyyətlə bağlı həyəcan təbili çalır. Çünki virusa yoluxanların artım dinamikası bu şəkildə davam etsə, COVİD-19-un ikinci dalğası qaçılmaz olacaq.

Trend-in məlumatına görə, aparılan müşahidələr onu göstərir ki, insanların əksəriyyətinin sosial məsafəni qorumaması bir yana, maskadan istifadə edənlər də azalıb. İstifadə edənlər isə sadəcə çənə nahiyəsini bağlamaqla kifayətlənir. Əslində gündəlik vərdişlərimizə çevrilməli olan bu qaydalar təəssüf ki, yavaş-yavaş unudulmağa başlayıb. Amma virus bizi unutmur. Hər an yoluxma təhlükəsi ilə üz-üzəyik.

Baxdığınız kadrlar isə şəhərdə fəaliyyət göstərən mağazalardan birində çəkilib. Maskadan düzgün istifadə edilməməsi hər an o şəxslərin də yoluxma riskini artırır. Qeyd edək ki, son 3 gün ərzində Azərbaycanda 768 nəfər COVİD-19-a yoluxub. 7 nəfər isə bu virusun qurbanı olub. Ümumilikdə isə mart ayından bu yana 616 nəfər bu virusdan həyatını itirib. Göstərilən bu rəqəmlər koronavirus bəlasının hələ də bizdən yan keçmədiyini bir daha sübut edir. Odur ki, özümüzü, yaxınlarımızı COVİD-19-dan qorumaq üçün qaydalara riayət etməyimiz əsas şərtdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti