Kamran Əliyev Türkiyə parlamentinin nümayəndə heyətini qəbul edib (FOTO)

Kamran Əliyev Türkiyə parlamentinin nümayəndə heyətini qəbul edib (FOTO)

Bakı. Samir Əli - Trend:

Noyabrın 14-də Baş Prokuror Kamran Əliyev Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Türkiyənin müxtəlif siyasi partiyalarını və bölgələrini təmsil edən millət vəkillərinin də iştirak etdiyi nümayəndə heyyətini qəbul edib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş Prokuror Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin bölgədə sabitləşdirici amilə çevrilməsi nəticəsində bölgə üçün və dünya üçün böyük əhəmiyyət daşıyan enerji, nəqliyyat layihələrinin həyata keçdiyini qeyd edərək bu uğurların təməlində iki ölkə arasında əsrlər boyu olan dostluq-qardaşlıq münasibətlərinin dayanmasını diqqətə çatdırıb.

Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirmişdir ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərmişdir.

Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə “Skad” və “Smerç” tipli raketlərdən Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə və əhalinin sıx yaşadığı digər iri şəhərlərinin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Mingəçevir SES, Oğuz-Qəbələ-Bakı su kanalının atəşə məruz qalması barədə məlumat verilərək bunun Ermənistanın terrorçu təəfəkkürünün təzahürü olduğu vurğulanmışdır.

Kamran Əliyev bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə qadağan edilmiş raket qurğusundan Azərbaycanın mülki dinc əhalisinin atəşə tutulması nəticəsində ümumilikdə 93 nəfər həlak olmuş, 410 nəfər yaralanmış, 3410 yaşayış evinə, 120 çoxmərtəbəli binaya və 512 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir.

Diqqətə çatdırılmışdır ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan “Asala” və “PKK-PYD-YPG” terror təşkilatlarına aid bir qrup şəxslərin iştirak etmələri müəyyən edilmiş, həmin şəxslərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanılmışdır.

Baş Prokuror, Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada iştirakının Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandığını bildirərək, Türkiyənin bölgədə sülhün bərqərar olmasında xüsusi rolunun əhəmiyyətini vurğulamışdır.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Hakan Çavuşoğlu ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik etmişdir.

Hakan Çavuşoğlu ölkələrimiz arasında tarixən mövcud olan dostluq-qardaşlıq münasibətlərinin iki ölkə rəhbərinin apardıqları uğurlu siyasət naticəsində bugün ən yüksək pilləyə qalxdığını və bundan sonra da bu münasibətlərin daim yüksələn xətlə inkşaf edəcəyinə əminliyini ifadə etmişdir.

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirmiş və Azərbaycanı hər zaman olduğu kimi dəstəklədiyini qeyd etmişdir.

Hakan Çavuşoğlu Ermənistan tərəfindən törədilmiş terror aktları nəticəsində həlak olan şəxslərə görə Türkiyə xalqının baş sağlığını çatdıraraq, yaralanmış şəxslərə şəfa diləmişdir.

Qonaq Türkiyənin Dağlıq Qarabağda sülhmərəmlı missiyadan qürur duyduğunu və bu missiyanın davamlı sülhün bərqərar olmasına öz töhvəsini verəcəyini bildirmişdir.

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu səfərin məqsədlərindən söz açaraq bildirmişdir ki, rəhbəri olduğu nümayəndə heyyəti 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində münaqişə zonasından kənarda yerləşən bölgələrimizdə həlak olmuş və yaralanmış şəxslər, ziyan dəymiş evlər və mülki infrasktruktur obyektləri ilə bağlı, həmçinin birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş şəxslərin hüquqlarının pozulması və onlara dəymiş ziyanlarla bağlı hesabatlar hazırlayacaqlar.

Tədbirdə nümayəndə heyyətinin digər üzvləri də çıxış edərək, Türkiyə xalqının daim Azərbaycanı dəstəklədiyini qeyd etməklə, missiyaları çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş cinayət hadisələri üzrə obyektiv həqiqəti dünyə ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdıracaqlarını vurğulamışlar.

Görüşdə həmçinin iki ölkə arasında ikitrəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılmışdır.

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyyəti mülki əhalimizə qarşı törədilmiş cinayətlərlə yerində tanış olmaq məqsədi ilə Gəncə şəhərinə yola düşmüşdür.

Hazırda nümayəndə heyyətinin səfəri davam edir.

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində Azərbaycanın müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Bütün xəbərlər