...

Abşeronda sabiq xidmət rəisi həbs edildi - Rəsmi

Gündəm Materials 17 Dekabr 2020 10:15 (UTC +04:00)
Abşeronda sabiq xidmət rəisi həbs edildi - Rəsmi

Bakı. Samir Əli - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayon Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi Məmmədov Oruc Nüsrət oğlu həbs edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəisi Fazil Talıbov məlumat verib.

O bildirib ki, adıçəkilən şəxs barədə nazirlikdə bir neçə ay əvvəl araşdırma başlanıb: "Araşdırmanın nəticəsi olaraq onun fəaliyyətində ciddi qanun pozuntusu aşkarlanıb və həmin şəxs vəzifəsindən azad edilib. Bununla yanaşı, O. Məmmədovun fəaliyyətinə hüquqi qiymət verilməsi üçün sənədlər araşdırılması üçün prokurorluğa göndərilib. Araşdırmanın nəticəsi olaraq O.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti