Bakı. Trend:
2020-ci ildə paytaxtda işə qəbul üzrə 1709 vakansiya təqdim olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2020-2021-ci dərs ili üçün 1709 vakansiya təqdim olunub. 1 691 nəfər işə qəbul olunub. Müsabiqə və müsahibələr nəticəsində 1691 nəfər işə qəbul olunub.
Bunlardan:
- 1209 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
- 228 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;
- 254 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Bu il 539 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb.
2020-ci il ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 539 nəfər ilə müddətli müqavilə bağlanılıb.