...

Türkiyədə son sutkada koronavirusdan 20 192 nəfər sağalıb

Gündəm Materials 31 Dekabr 2020 03:58 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 20 192 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 254 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 20 642 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 15 692 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 194 272 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 20 192 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 078 629 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti