...

Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi - Əsirlikdən azad edilən hərbçi

Gündəm Materials 5 Yanvar 2021 15:18 (UTC +04:00)
Əsgərlərdən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi - Əsirlikdən azad edilən hərbçi

Bakı. Samir Əli - Trend:

Noyabrın 9-da sinəmdən güllə yarası aldım, ayın 10-da əsir götürüldüm.

Trend-in məlumatına görə, bunu erməni əsirliyindən azad edilən Azərbaycan əsgəri Anar Əliyev deyib.

O bildirib ki, Ermənistanda xəstəxanada olarkən erməni həkimlər onlara dəhşətli işgəncələr veriblər: "Erməni əsgərlərindən çox erməni həkimlər bizə dəhşətli işgəncələr verirdi. Rezinlə vururdular, qolumuzu yandırırdılar. 12 gün Yerevanda xəstəxanada oldum, dəhşətli işgəncələrə məruz qaldım.
Dekabrın 14-də gözümüzü bağladılar və bizi təyyarəyə mindirdilər. Gördük ki, uzun illərdir əsirlikdə olan Dilqəm və Şahbaz da təyyarədədir. Özümdən çox onların azad olunmasına sevindim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti