...

"YAŞAT" Fondunun görüşdüyü ailələrin əsasən məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac var - Agentlik sədri

Gündəm Materials 8 Yanvar 2021 12:56 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

"YAŞAT" Fondunun görüşdüyü ailələrin əsasən məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, fond əməkdaşlarının görüşdüyü ailələrin 37,7 faizi əsasən məişət şəraitinin yaxşılaşdırılmasını istəyib:

"Əsasən bu problemin həllinə çalışırıq. Fonda daxil olan müraciətlərin maksimum hamısının həllinə çalışırıq. 2706 şəhid ailəsi ilə görüşmüşük. Bunların içərisində müalicəyə, təhsil haqlarının ödənilməsinə ehtiyacı olanlar da var, amma əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacları görürük. Müalicə olunan və kredit borcu olanlara nağd vəsait verilmir. Həmin xərclər müalicə üçündürsə tibb müəssisəsinə, kredit borcudursa borcu olan banka ödənilir. Həmçinin həmin ailələrə ehtiyacı olan məişət avadanlıqları da alınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti