...

Ukraynada bir neçə telekanal bağlanıb - Zelenski qərarı təsdiqlədi

Gündəm Materials 3 Fevral 2021 18:33 (UTC +04:00)
Ukraynada bir neçə telekanal bağlanıb - Zelenski qərarı təsdiqlədi

Bakı. Orxan Nəbiyev - Trend:

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının ölkədə bir sıra telekanallara qarşı sanksiya tətbiq olunması qərarını təsdiqləyib.

Trend-in məlumatına görə, qərara əsasən, "112 Ukraina", eləcə də ZIK və "NewsOne" kanallarına qarşı sanksiyalar tətbiq olunub. Bu qərardan sonra həmin kanalların yayımı dayandırılıb.

Bundan başqa, "Novosti" mediaholdinqin sahibi, "Həyat naminə müxalif platforma" partiyasının deputatı Taras Kozaka münasibətdə də fərdi sanksiyalar tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti