...

Ermənilərin Ağdamda atıb qaçdığı silah-sursat tapılıb (FOTO)

Gündəm Materials 17 Fevral 2021 11:08 (UTC +04:00)
Ermənilərin Ağdamda atıb qaçdığı silah-sursat tapılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 5232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti