...

Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)

Gündəm Materials 27 Fevral 2021 14:22 (UTC +04:00)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)

Bakı. Trend:

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, konfrans Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Dostluq Cəmiyyətinin baş katibi Salatın Məmmədlinin moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın Yunanıstan və Albaniyada fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, millət vəkili, Azərbaycan-Yunanıstan Parlamentlərarası işçi qrupunun rəhbəri Bəhruz Məhərrəmov, millət vəkili Elman Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, Türkiyə Cümhuriyyətinin Salonik şəhərindəki Baş konsulu Efe Ceylan, "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, BDU-nun hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, araşdırmaçı-ekspert Elnur Eltürk, politoloq, siyasi şərhçi İlyas Hüseynov çıxış ediblər.

Xocalı soyqırımını Ermənistanın xalqımıza qarşı apardığı işğalçı siyasətində misli görünməmiş vəhşət və "ən qanlı ləkə" adlandıran natiqlər bildiriblər ki, bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ağır cinayətlərdən biridir.
Qeyd edilib ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət nəticəsində dünyanın müxtəlif ölkələrində 26 fevral tarixi anım günü kimi qeyd edilir, "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı hqiqətləri dünya ictimaiyyətinin və beynəlxalq birliyin nəzərinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti