Bank Respublika əməkdaşının müharibə xatirələri - "Xilaskar güllə”nin nağılı (FOTO)

Bank Respublika əməkdaşının müharibə xatirələri - "Xilaskar güllə”nin nağılı (FOTO)

Bakı. Trend:

Ön söz əvəzi kimi

Bəri başdan deməyim yaxşıdır.

Ədəbi janrda nəsə yazmaq niyyətilə əlimə qələm almamışam. Həvəsim əsasən dəqiq elmlərə, texniki sahəyə olub. Odur ki, 2007-ci ildə təhsil aldığım Masallı rayonu, Ərkivan qəsəbəsi, şəhid Əlvan Bağırov adına tam orta məktəbi bitirəndə sənədlərimi Azərbaycan Texniki Universitetinə verdim. Elektrotexnika mühəndisi ixtisasına yiyələndim. 2011-13-cü illərdə hərbi xidmətdə olanda, üç aylıq zabitlik kursunu bitirdiyim üçün leytenant rütbəsində taqım komandiri idim. Hərbi xidməti başa vurub mülki işimə qayıtdım. Ailə qurdum. İki oğlum – Ariflə İslam dünyaya gəldilər…

Beş-altı cümlədən ibarət tərcümeyi-hal mənim otuz illik həyatımdır… Bir çox yaşıdlarım kimi, sadə həyat səhifəsi…

Haradan, necə başlayacağımı bilmirəm… Kimsə demişdi, cümlə yazmaq, dövlət qurmaqdan da çətindi (bunu indi dərk etdim). Yazacağım sözlər demək istədiklərimi ödəmir. Amma, necə olsa, yazmalıyam. Anlaşıqlı sadə dildə. Qoy gələcək nəsil – Arifin, İslamın yaşıdları atalarının kimliyindən xəbər tutsunlar. Himnimizdə deyildiyi kimi, Vətən, Torpaq, Müstəqil Azərbaycan uğrunda can verməyə hazır olan, qan tökməyə qadir olan atalarının Qarabağ torpağına sancdığı Üçrəngli Bayrağı ləyaqətlə, şərəflə qorusunlar. Onların qəhrəmanlığına dastan bağlasınlar, mahnılar bəstələsinlər, kitablar yazsınlar, filmlər çəksinlər… Qoy gələcək nəsillər dostun kim, düşmənin kim olduğunu bilsinlər… Zəfərlə sona çatan 44 günün hər anı dərsliklərə, millətin tarixinə yazılsın. Axı, bu şanlı tarix Vətən torpağına heç vaxt unudulmayacaq Şəhidlərimizin, Qazilərimizin qanıyla, damarında Milli Ruh qaynayan Azərbaycan əsgərinin Dəmir Yumruğuyla yazıldı… Bundan sonra da Dəmir Yumruq hələ neçə-neçə tarixi həqiqəti kar, kor, sərsəm dünyaya sübut edəcək… Bu inam sonsuzdur və bizi heç vaxt tərk etməyəcək!…

…Otuz il əvvəl – hələ mən və mənim yaşıdlarım dünyada olmayanda, nə olmuşdu, necə olmuşdu, Vətənin başına nə qovğalar açılmışdı, gözəllər gözəli Qarabağımızı saçından kim asdırmışdı, haqlı kim, haqsız kim idi… – bunu yalnız kitablardan, mətbuatdan, Birinci Qarabağ savaşının ağrı-acısını yaşayanların söhbətindən bilib eşitmişdik. Xocalı müsibətini televiziyadan izləmişdik. İzlədikcə, eşitdikcə dişimiz dilimizi kəsirdi. Açığını deyəcəm, bəzən atalarımızı, babalarımızı qınamaqdan da çəkinmədik… Axı, niyə belə olmalıydı?… Cavabsız suallar çox idi… Görünür, cavab verməyin də vaxtı, vədəsi varmış. Buna Zaman hökm verəcəymiş.

Gözlənilən an çatmışdı. VƏTƏN öz igidlərini otuz il saçından asılan gözəl Qarabağın xilası naminə qəvi düşmənlə döyüşə çağırırdı. Daha sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının xalqı birliyə, cəsarətə, hünərə səsləyən məhrəm, isti, inamlı müraciəti xalqın ruhunu döyüşə kökləyəcəkdi…. Ehtiyatda olan istehkamçı zabit kimi ön cəbhədə olmalıydım (hərbi dildə deyildiyi kimi, istehkamçı döyüşə birinci atılır, döyüşü hamıdan sonra tərk edir).

…Saat 9-da hərbi komissarlıqda olmalıyam. Hələ nə baş verdiyini tam dərk etməyən Arifi, İslamı yanıma çağırdım. Anası onlara keçən həftə aldığım “əsgər paltarı”nı geyindirmişdi. Gülümsəyib ikisini də bərk-bərk qucaqladım. Bir qədər boylarını süzdüm, gözlərinin içinə baxdım… Anaları kövrəldiyini, dolan gözlərini gizlətmək üçün bir bəhanəylə mətbəxə keçdi… Hər şeyi yaddaşıma köçürmək istəyirdim. Beş il kirayədə yaşadığımız ikiotaqlı mənzilin daşı, divarı, şəbəkəli qapısı, hətta qəbiristana açılan pəncərəsi belə mənə doğma göründü…

On yaşım olanda dünyasını dəyişən anamın şəkli önündə dayandım… Gülümsəyən gözlərini, doğma simasını oxşadım və həmişə olduğu kimi daxili səslə: “Qanlı, qadalı yola çıxıram, Ana! Sən məni dünyaya bu müqəddəs yolun süvarisi olmaq üçün gətirdin. Birinci sinifdə oxuyanda “Azərbaycan” şeirini sən mənə öyrətdin. İndi boynumda olan haqqı ödəməyin vaxtı çatıbdı… Bilirəm, sağ olsaydın bütün gecəni yatmayıb dua-səna edəcəkdin… Başımın üstündə “Quran” saxlayıb məni Allaha tapşıracaqdın… Gedirəm, bilirəm ki, müqəddəs ruhun daim məni qoruyacaq….”

Və yola düşəndə yoldaşım ardımca su atdı. Bu anlarda hissimə hakim olmağa çalışırdım…

Hərbi komissarlığın həyəti qələbəlik idi. Savaşa can atan gənclər komissarın oxuduğu siyahıda adlarını eşitmək istəyirdilər. Adı siyahıda olmayanlar təkid edirdilər… Qürurverici mənzərəydi.Mənimlə yanaşı dayanmış atam, qardaşım, əmim hamını məhəbbətlə süzür və bir neçə gündən sonra qəhrəmanlıq salnaməsi yazacaq gənclərə diqqət çəkirdilər.Bir qədər kənarda, valideynlərin arasında həmişə həyanım olan, uğurlarıma sevinən, kədərimi bölüşən, ziyası ilə yolumu işıqlandıran, hamının hörmətlə “Ayiq müəllim” – deyə müraciət etdiyi, mən isə adıyla deyil, “Bircə Dayım” deyib sığındığım Ayiq Səmədov dayanmışdı… O həmişəki kimi, şux ovqatla məni qucaqladı. Halımı, əhvalımı sınayıcı nəzərlə süzdü… və ayrılanda ərklə çiyinlərimi sıxıb özünəməxsus tərzdə: – “Cəsarət, dəyanət, qorxmazlıq və lazımi anda özünü fəda etmək nəslimizə xas olan keyfiyyətdir. Bunu unutma!” – dedi.

Yolumuz Qarabağadır. Bizi aparan avtobusun sürücüsü sanki vətənpərvər ruhlu mahnılardan çələng hörmüşdü… Bir neçə döyüşçü coğrafi biliyini nümayiş etdirirmiş kimi mübahisədən yorulmurdular. Füzuliyə çatınca Qarabağın tutqun mənzərələri məndə müxtəlif hisslər doğururdu: “Mənim gözəl diyarım, sənin hər şeyin var idi… Gur çayların, çiçəkli vadilərin, yüksək dağların, qırqovullu meşələrin, münbit torpağını becərən, adına mahnılar qoşulan sadə, əməksevər övladların var idi…”

…Üzücü, sakit gecə. Başçısı olduğum taqımla səngərdə dayanıb komandirin əmrini gözləyirdik. Hər dəqiqə bir il kimi görünürdü. Quşların pırıltısı belə sinirləri tarıma çəkirdi. Rota komandiri bizimlə tez-tez əlaqə saxlayırdı. Növbəti dəfə səngərimizə yaxınlaşdı, mənə bir avtomat gülləsi verib sakit, təmkinli tərzdə dedi: “Arzulayıram ki, bu güllədən istifadə etməyəsən. Amma, müharibədir, hər şey ola bilər…”

Mənə verilən bu əlahiddə güllənin mahiyyətini, təyinatını yaxşı bilirdim. Sağkən əsir düşməkdən qoruyacaq “xilaskar güllə”…

Artıq, dan yeri sökülürdü. Tarixə yazılacaq günlər… Komandiri olduğum istehkamçı dəstə “Allahu-Əkbər” sədası ilə irəli atıldı. Bu bizim Füzuli uğrunda ilk döyüşümüz idi… Detallarına varmayacam. Döyüşə-döyüşə Burğa dərəsindən düşmənin mövqeyinə tərəf irəliləyirdik. Göydən yerə mərmi yağırdı. Gündüz saat dörd olardı. Düşmənin minomyotlardan atdığı mərmilərdən bir neçəsi bizim söykəndiyimiz səngərə düşdü. Zərbənin gücü məni qaldırıb yerə vurdu… Kəllə-beyin travması aldığımdan bir müddət özümdə olmamışam. Zərbədən beynim silkələnir, qulaqlarım guruldayır, heç nə eşitmirdim.

Özümə gələndə gördüm ki, bir yoldaşımız həlak olub… İlk döyüşün, ilk şəhid əsgərin yaratdığı qorxunc mənzərənin nə demək olduğunu sözlə ifadə etmək mənim üçün çox çətindir. Amma, döyüşdükcə müharibəyə alışırsan. Qorxu, həyəcan geridə qalır. Onun yerini hansı ideal uğrunda apardığın savaşın məsuliyyəti tutur. Ayın, həftənin günləri barədə düşünməyə belə vaxt olmur. Yalnız irəli! Bir-birinin ardınca Füzulinin Alxanlı kəndində, Kənd Horadizdə, yaddaşımı itirdiyim üçün adını unutduğum Cəbrayılın neçə-neçə kəndində, Dostlar bulağında, Xocavəndin Tuğ kəndində, Böyük Tağlarda Azərbaycan bayrağını sancdıq. Qürurverici anlar bir-birini əvəz etsə də, qəhrəman şəhidlərimizin, yaralanan əsgərlərimizin ağrısı bu gün də qəlbimizdə göynəyir.

Xüsusilə, 10 yaşlı qızını, 11 yaşlı oğlunu nənəsinə tapşırıb Vətən döyüşünə yollanan tibb bacısı, həm də bütün döyüşçülərə doğma bacı olan Arəstə xanımın həlakı hamını sarsıtdı. Təcili yardım maşınında yaralılara ilk yardımı göstərəndə düşmənin snayper gülləsi sinəsindən dəymişdi… Şəhid bacımız Arəstə Baxışova haqqında yazmaq yazıçıların, şairlərin, dramaturqların boyun borcu olmalıdır.

Noyabrın 10-u, Ali Baş Komandan televiziya ilə çıxış edib Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edən gecə sevincdən səhərə qədər yatmadıq. Bir-birimizi qucaqlayıb təbrik etdik. Nə gizlədim, sevincdən ağlayanlar da vardı. Bütün gecəni keçdiyimiz döyüş yolundan fəxrlə danışırdıq. Şəhidlərimizi bir-bir xatırlayıb ruhlarına dualar oxuduq. Hospitallarda müalicə olunan qazilərimizi xatırladıq… Unudulmaz an idi.

İki gündən sonra müalicə almaq üçün hospitala göndərildim. Həkimlər gecikdiyimi bildirsələr də, tezliklə sağalacağımı dedilər. Müalicə hələ də davam edir… 2021-ci il, yanvar ayının 9-da ordudan tərxis olunub, bir an da gözümün qarşısından getməyən doğmalarımın yanına, ailəmə,son aylar lap doğmalaşan mənzilimizə alnı açıq, vüqarla qayıtdım. Məni qarşılamaq üçün “əsgər paltarlarını” geyinmiş Ariflə İslama zabit salamı verdim. Otağa girib anamın şəklini, gülər üzünü öpdüm. Sonra da “xilaskar gülləni” ömür-gün yoldaşıma hədiyyə olaraq bağışladım ki, gələcəkdə nəvələrinə “Xilaskar güllə” nağılını danışın.

Əvvəllər tez-tez səsləndirilən şüar, indi də aktuallığını itirməyib: “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” Bir neçə gündən sonra Ali Baş Komandanın Sərəncamı ilə fəxri adlar verilən siyahıda mən də var idim. “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdim.

Füzuli uğrunda döyüşlərdə göstərdiyim şücaətə görə, mənə vaxtından əvvəl baş leytenant rütbəsi verildi.

Gələcək nəsillər bilməlidir ki, İkinci Qarabağ savaşı yaranışdan bəri davam edən Xeyirlə Şərin savaşı idi.

Müttəhim – 30 il və qarımış, qocalmış, kar, kor, ədalətsiz Sərsəm Dünya.

Hakim – 44 gün və Milli Ruha tapınan Dəmir Yumruqlu Azərbaycan.

Sonda istərdim döyüş bölgəsində olarkən mənə və əsgərlırimizə baş çəkən, döyüşçülərimizə maddi kömək, ailəmə mənəvi dəstək göstərən əməkdaşı olduğum Bank Respublika ailəsinə və bankımızın Müşahidə Şurasının sədri Şakir Rəhimova və İdarə Heyətinin sədri Tariyel İsmayılova sonsuz minnətdarlığımı bildirəm.

Rövşən Mehtiyev,

Vətən Müharibəsi qazisi, ehtiyatda olan baş leytenant

Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Qarabağda lüks hotellərin tikintisi gündəmdədir - Assosiasiya
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır
Azərbaycan və Gürcüstan turizm sahəsində böyük potensiala malikdir - Səfir
Azərbaycan və Gürcüstan turizm sahəsində böyük potensiala malikdir - Səfir
Loading Bars
Xəbər lenti
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Goranboyda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb
Azərbaycanda 2 414 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
Rusiyada koronavirusdan ölənlərin sayı 103 min nəfərə çatır
Bakıda restoranda toy edən 40 nəfər cərimələnib (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərində yenidən sülhün hökm sürməsi sevindirici haldır - Macarıtanın dövlət katibi
Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verənlər müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar - Hikmət Hacıyev
Azərbaycan müharibə dövründə çox böyük bir qəhrəmanlıq sərgilədi - Fahrettin Altun (ÖZƏL) (VİDEO)
“Yaşat” Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verilməsi üçün effektiv və əlçatan platformadır - Pərvin Kərimzadə
Gürcüstanda koronavirusa daha 707 nəfər yoluxub, 8 nəfər ölüb
Azərbaycanın Ağdam şəhəri urbisidin açıq nümunəsidir - Hikmət Hacıyev (FOTO)
Türk Şurasının nümayəndə heyətinin Gəncəyə səfəri başlayıb (FOTO)
Türkiyədə ilin əvvəlindən 40 terror aktının qarşısı alınıb - Nazir
Bu səfər təşkil olundu ki, Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklə yerindəcə tanış olsun - Hikmət Hacıyev
Özbəkistan Qarabağda bir məktəbin tikintisini təmənnasız edəcək - Asadjon Xocayev (VİDEO)
Türk Şurası şirkətlərin Qarabağda bərpa işlərində iştirakı ilə bağlı biznes forum keçirəcək
Azərbaycanın qələbəsi türk dünyasının qələbəsi oldu - Türk Şurasının baş katibi
İranda ötən sutkada 258 nəfər koronavirusdan ölüb
İsmayıllıda çayxanada şənlik təşkil edənlər cərimələnib (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam Dram teatrının qalıqlarına baxıblar (FOTO)
Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - Fahrettin Altun (VİDEO)
ADA Universitetində “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfrans keçirilir (FOTO)
Türk Şurasının nümayəndə heyəti Ağdam şəhər Cümə məscidində olublar - Trend TV-nin REPORTAJI
Hindistanda ötən sutka koronavirusa 150 mindən çox yoluxma halı qeydə alınıb
Prezident İlham Əliyev Türk Şurasında vacib birləşdirici rol oynayır - Bağdad Amreyev (ÖZƏL) (VİDEO)
Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində - Trend TV-nin REPORTAJI
Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə ictimai yerdə hərəkətdə olan koronavirus xəstəsi saxlanılıb
Siyəzəndə nişan mərasimin keçirilməsinin qarşısı alınıb
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb (FOTO)
Şəmkirdə yol polisi reyd keçirib (FOTO)
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranın nüvə obyektində naməlum hadisə baş verib
Yevlaxda toy məclisi aşkar edilib (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb
Füzuli rayonunun Aşağı Rəfədinli kəndi (VİDEO)
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilir
Samuxda mərasimlərin keçirilməsinin qarşısı alınıb (FOTO)
Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb
Çin Azərbaycana dəmir yolu vasitəsilə 50 konteyner ixrac malı göndərəcək
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
Qazaxıstanda son sutkada koronavirusa 2 842 nəfər yoluxub
Fransada silah satışı ilə məşğul olan cinayətkar dəstə saxlanılıb
Avstriya 1 milyon doza Sputnik vaksini almaq niyyətindədir
Çində kömür mədənini su basıb, onlarla fəhlə təhlükədə qalıb
Fransada koronavirusa yoluxma hallarının sayı 5 milyonu ötüb
Yunanıstan sahillərində zəlzələ qeydə baş verib
Hindistanda avtobus dərəyə düşüb, azı 10 nəfər ölüb
Türkiyədə son sutkada koronavirusdan 32 539 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Türkiyə və Ukraynanın müdafiə nazirlərinin görüşü baş tutub
Dünyada koronavirusa yoluxanların sayı 134 milyonu ötüb - ÜST
Ağdamda ev yanıb (FOTO)
Türk Şurasının beynəlxalq nüfuzu artır - Azərbaycan türk dünyasının birləşdiricisi kimi...
Mingəçevir Dövlət Universitetində “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi” yaradılıb
“Yaşıl Marafon” çərçivəsində Bakı və Tərtərdə daha 1 225 ədəd müxtəlif cinsli ağac əkilib (FOTO)
İtaliyada son sutka ərzində koronavirusdan 344 nəfər ölüb
Myanmada toqquşmalarda ölənlərin sayı 701 nəfərə çatıb
Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi beynəlxalq hüququn növbəti pozuntusudur - Səfir
Bərdədə ağır avtomobil qəzası, xəsarət alanlar var
Latviya təhsil sahəsində Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır
Şəhid ailələrinə və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı bundan sonra da davam edəcək - Deputat
Şahzadə Filipin dəfn mərasiminin tarixi elan edilib
Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb
Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdəndir - Tamam Cəfərova
Kürün aşağı axımında suyun duzluluğunun artması səbəbləri araşdırılır
İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
Azərbaycan startapı beynəlxalq proqramda iştirak edəcək
Türk Şurasının informasiya və media üzrə məsul rəsmiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycan nefti bahalaşır
Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc edilib (FOTO)
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir (VİDEO)
Mingəçevirdə restoranda toy edənlər cərimələnib (FOTO/VİDEO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Macarıstan Türk Şurası ölkələrini vacib tərəfdaş hesab edir
Azərbaycanda 2 192 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Xəzər rayonunda ümümrayon iməcliyi və dezinfeksiya işləri aparılıb (FOTO)
Media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq - Hikmət Hacıyev
Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı salınacaq
Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır - Prezidentin köməkçisi (VİDEO)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb
Son illərdə saxta əlillik təyinatının ləğvi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub - Deputat
Qazaxıstan media və informasiya sahəsində Türk Şurası ölkələri ilə uğurla əməkdaşlıq edir
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır
Respublika çaylarında yaz-yay gursululuq dövründə gözlənilən vəziyyət AÇIQLANIB (FOTO)
“Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
Səudiyyə Ərəbistanında 3 hərbçi edam olunub
Biz əl-ələ verəcəyimiz halda, aşa bilməyəcəyimiz maneə olmadığını gördük - Fahrettin Altun
Azərbaycanın qələbəsi həm də türk dünyasının qələbəsidir - Hikmət Hacıyev
Qaxda yol polisi reyd keçirib (FOTO)
Türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır - Prezidentin köməkçisi
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Azərbaycan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün lazımi işləri görür - Hikmət Hacıyev
Türk dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yol xəritəsi hazırlanır
Bütün xəbərlər