...

Yaponiya səfiri Ağdamda yeni bağçaçın açılışında iştirak edib - Trend TV

Gündəm Materials 5 Aprel 2021 16:36 (UTC +04:00)
Yaponiya səfiri Ağdamda yeni bağçaçın açılışında iştirak edib - Trend TV

Ağdam. Aslan Məmmədli -Trend

Ağdam rayon Paşabəyli kənd uşaq bağçasının yeni binası istifadəyə verilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, müəssisənin açılışında Ağdam rayon icra hakimiyyətinin başçısı, Yaponiyanın Azərbaycandakı səfiri iştirak edib.

Tədbirdə iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Vadan Cüniçi bildirib ki, Yaponiya hökumətinin həyata keçirdiyi proqram çərçivəsində yeni bağça inşa edildi:

“İşıqlı, təmiz təhlükəsiz bağçada vaxtını keçirdən şən uşaqların simasını gördüyüm üçün çox şad oldum. Bundan sonra da Paşabəyli kəndinin uşaqları bu bağçadan istifadə edərək öz vaxtlarını daha da şən keçirməsini arzulayıram.”

Vadan Cüniçi, Yaponiya hökumətinin bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına cavab vermək, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti