...

Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib

Gündəm Materials 6 May 2021 11:08 (UTC +04:00)
Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gün Bakıda müşahidə olunan güclü külək nəticəsində 40-a yaxın ağac aşıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, ağacların aşması nəticəsində 4 avtomobilə ziyan dəyib:

"Ötən gün Bakıda müşahidə olunan sərt külək bir neçə rayonda fəsadlara yol açıb. Küləkli hava səbəbindən paytaxtın Nərimanov, Nəsimi və Binəqədi rayonlarında 40-a yaxın irigövdəli və xırdagövdəli ağac aşıb, budaqlar qırılıb. Məlum hadisə səbəbindən 4 avtomobilə ziyan dəyib".

Əlavə olunub ki, icra hakimiyyətinin əməkdaşları ağaclar aşan əraziyə cəlb olunub və bütün fəsadlar aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti