Bakı. Samir Əli - Trend:
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün digər dövlət qurumları ilə birgə işlər həyata keçirir.
Trend-in məlumatına görə, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, işlərin əsas məqsədi piyadalaşmanın təmin edilməsidir: "Hədəfimiz şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə edilməsini təşviq etməkdir. Yol infrastrukturunda layihələndirmə işləri bunun bir hissəsidir. Şəhərin mobilliyinin inkişafı, piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması bizim əsas strateji məqsədimizdir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb”.