...

Bakıda ana və sevgilisinin 5 yaşlı uşağa işgəncə verməsilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Gündəm Materials 17 İyul 2021 16:59 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti