...

İsraildə özünütəcrid rejimini pozan koronavirus xəstələri cinayət məsuliyyətinə cəlb ediləcək

Gündəm Materials 19 İyul 2021 00:15 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Baş naziri Naftali Bennet özünü təcridetmə qaydalarını bilərəkdən pozan və başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslərin mühakimə olunması və cinayət məsuliyyətinə cəlb edilmələri barədə göstəriş verib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin administrasiyası məlumat yayıb.

"Baş nazir Bennett səhiyyə, daxili təhlükəsizlik nazirləri, baş polis müfəttişi və hökumətin hüquq müşavirinin iştirakı ilə koronavirusla mübarizə qaydalarına riayət edilməsinin gücləndirilməsinə dair toplantı keçirib. Baş nazir özünü təcridetmə qaydalarını bilərəkdən pozan və başqalarının sağlamlığını təhlükəyə atan koronavirusa yoluxan şəxslərin mühakimə olunması və cinayət məsuliyyətinə cəlb edilmələri barədə göstəriş verib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti