...

Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

Gündəm Materials 17 Avqust 2021 14:23 (UTC +04:00)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

Bakı. Samir Əli - Trend:

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sabahdan 130 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovaqzal Kompleksi - Lökbatan qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəs.)
Alim Şəbiyev küç. (Lökbatan qəs.)
Seymur Orucov küç. (Lökbatan qəs.)
28 may küç. (Lökbatan qəs.)
Həmid Sultanov küç 97b, (Xocasən qəs.)
Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəs.)
Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti