...

Haiti hökuməti prezident Moizin qatilləri haqqında məlumat üçün 60 min dollar təklif edir

Gündəm Materials 27 Avqust 2021 08:19 (UTC +04:00)
Haiti hökuməti prezident Moizin qatilləri haqqında məlumat üçün 60 min dollar təklif edir

Bakı. Trend:

Haiti hökuməti iyul ayında prezident Jovenel Moizin qətlində iştirak edən 3 nəfərin tapılmasına kömək edəcək şəxslərə 60 min dollardan vəsait çox ödəyəcək.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, axtarılanlar arasında respublika Kassasiya məhkəməsinin keçmiş hakimi Vendel Kok-Telo, Ədliyyə nazirliyinin keçmiş əməkdaşı Josef-Feliks Badiye və keçmiş senator Con-Coel Josef var.

Xatırladaq ki, iyulun 7-də naməlum şəxslər tərəfindən iqamətgahına edilən hücum nəticəsində Moiz öldürülüb, həyat yoldaşı isə yaralanıb. Hücumda 26 Kolumbiya vətəndaşının iştirak etdiyi müəyyənləşib, onlardan bir qrupu və cinayətlə bağlı ümumilikdə 40 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti