...

Azərbaycanda qanuni fəaliyyət göstərən hər bir universitetin diplomu xaricdə tanınır - Agentlik sədri

Gündəm Materials 17 Sentyabr 2021 13:56 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanda qanuni fəaliyyət göstərən hər bir universitetin diplomu xarici ölkələrdə tanınır.

Trend-in məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Eldar Orucov bildirib.

E.Orucov qeyd edib ki, qanuni fəaliyyət dedikdə ilk növbədə həmin universitetin lisenziyası olmalıdır:

"Bundan başqa tələbənin oxuduğu dövr üçün ali təhsil müəssisəsinin akkreditasiyası olmalıdır və Azərbaycanda fəaliyyət göstərən hər bir universitetin akkredasiyası mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti