...

Ərdoğan BMT Baş Assambleyası çərçivəsində bir sıra görüşlər keçirib

Gündəm Materials 23 Sentyabr 2021 04:13 (UTC +04:00)
Ərdoğan BMT Baş Assambleyası çərçivəsində bir sıra görüşlər keçirib

Bakı. Trend:

Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra ölkə rəsmiləri ilə görüşlər keçirib.

Trend Anadolu-ya istinadən xəbər verir ki, prezident Ərdoğanın Albaniyanın Baş naziri Edi Rama, Liviya Prezident Şurasının rəhbəri Məhəmməd əl-Manfi və İraqdlı həmkarı Barham Salehlə, Xorvatiyanın və Bolqarıstanın keçmiş prezidentləri Kolinda Qrabar-Kitaroviç və Petr Stoyanovla, FIFA prezidenti Canni İnfantino və Bosniya və Herseqovina Rəyasət Heyətinin keçmiş üzvü Mladen İvaniç ilə görüşləri baş tutub.

Bildirilir ki, danışıqlar Türkiyə liderinin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində açılış mərasimində iştirak etdiyi "Türk Evinin" yeni binasında (Türkevi) bağlı qapıları arxasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti