...

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib (FOTO)

Gündəm Materials 24 Sentyabr 2021 16:49 (UTC +04:00)
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının onlayn rejimdə keçirilmiş növbəti toplantısına qatılıblar.

Trend xəbər verir ki, MŞ sədri Ə.Amaşov və İH üzvü Yadigar Məmmədli tədbirin terror hücumunun media etikasına təsiri, alternativ mediada təbliğat, mediada ayrıseçkilik, rəqəmsal xidmətlərin kütləvi informasiya vasitələrinin fəaliyyətinə təsiri, Mətbuat Şuralarının müasir iş prinsiplərindəki konkret məqamlar və sair mövzulardakı müzakirələrində iştirak ediblər. Onlar mövcud xüsusda Azərbaycanda medianın hazırkı durumuna, müxtəlif hadisə və proseslərə reaksiyası tərzinə, peşə davranışı qaydalarına riayət etməsinə diqqət çəkib, Azərbaycan Mətbuat Şurasının şikayətləri araşdırma prosesindəki situasiyalar barədə söz açıblar.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının bu gün başa çatmış toplantısı iki gün davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti