...

Bu tarixdən etibarən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək - RƏSMİ

Gündəm Materials 24 Sentyabr 2021 17:49 (UTC +04:00)
Bu tarixdən etibarən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək - RƏSMİ

Bakı. Trend:

Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək.

Trend xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Qərarda bildirilib ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti