Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında baş verdiyi iddia edilən yanğınla bağlı məlumatı təkzib etdi.
Bu barədə Trend-ə Bakının Nəsimi Rayon Yanğından Mühafizə İdarəsindən məlumat verilib.
Məlumata əsasən, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.
Daha əvvəl bir sıra erməni KİV-ləri Bakının Heydər Əliyev Sarayında yanğının baş verməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.