Bakı. Trend:
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabana gələrək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə məlumat verilib.