...

Azərbaycandakı kəhrizlərin atlası hazırlanıb

Gündəm Materials 13 Oktyabr 2021 14:49 (UTC +04:00)
Azərbaycandakı kəhrizlərin atlası hazırlanıb

Bakı. Çingiz Səfərli - Trend:

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, “Azərsu” ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında kəhrizlərin atlası hazırlanıb.

Bu barədə Trend-ə AMEA-dan məlumat verilib.

Atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında məlumatlar toplanıb.

Layihəyə əsasən azkahriz.az saytı işlənərək istifadəyə verilib və eləcə də kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti