...

Meyxanaçı Cavid Sumqayıtlının həbs səbəbi məlum oldu - RƏSMİ

Gündəm Materials 18 Oktyabr 2021 17:01 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Tanınmış meyxanaçı Cavid Babaşovla (Cavid Sumqayıtlı) bağlı cinayət işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, meyxanaçı Cavid Babaşov 15 may 2021-ci ildə saxlanılıb..

Sumqayıt ŞPİ-nin əməkdaşları Cavid Babaşovu narkotik vasitələrin satışında şübhəli bilərək saxlayıb.

C.Babaşovun üzərinə baxış zamanı 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda isə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti