...

Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim

Gündəm Materials 28 Oktyabr 2021 20:12 (UTC +04:00)
Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri fast-food qidalarıdır - Həkim

Bakı. Fərid Zöhrabov - Trend:

Son 10 ildə uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin sayı artıb.

Trend xəbər verir ki, bunu qastroenteroloq endoskopist Günay Əsədova deyib.

O bildirib ki, bu xəstəliklərin başlıca səbəbi qidalanmadır: "Belə ki, şəhər və rayonlarda qidalanmada fərq var. Şəhər yerlərində uşaqlar daha çox fast-foodla qidalanırlar. Qənaətbəxş olmayan qida vərdişləri mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Kəndlərdə isə şəhərə nisbətən gigiyenik qaydalara az riayət edildiyindən xəstəlik geniş yayılır. Xəstəliyə rəvac verən amillərdən biri də GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) məhsullarıdır. Buna görə də yediyimiz qidalara xüsusi önəm verməliyik."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti