...

Zəlzələdən sonra 10-15 təkan qeydə alınıb - Qurban Yetirmişli

Gündəm Materials 20 Noyabr 2021 20:33 (UTC +04:00)
Zəlzələdən sonra 10-15 təkan qeydə alınıb - Qurban Yetirmişli

Bakı. Çingiz Səfərli - Trend:

Şamaxıda baş verən zəlzələdən sonra bir neçə təkan olub.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu cür zəlzələdən sonra avtoşoklar olması normaldır.

"Təkanlar zəifləməyə doğru davam edib. Bu, baş verməlidir ki, enerji boşalsın. Yəqin ki 10-15 təkan olub" deyə o bildirib.

Q.Yetirmişli baş vermiş zəlzələnin digər ocaqlara da təsir göstərdiyini istisna etməyib.

"Şamaxı seysmik cəhətdən aktiv zonadır. Tarixən orda güclü zəlzələlər baş verib. Təkanların enerji toplanmış digər zəlzələ ocaqlarına da müəyyən qədər təsiri ola bilər. Lakin inanmıram ki, dağıdıcı gücdə zəlzələ baş versin" - deyə, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti