...

MN-in giziri məzuniyyətdə olarkən qayadan yıxılaraq həlak olub

Gündəm Materials 3 Dekabr 2021 10:53 (UTC +04:00)
MN-in giziri məzuniyyətdə olarkən qayadan yıxılaraq həlak olub

Bakı. Trend:

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti