...

Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN

Gündəm Materials 3 Dekabr 2021 17:08 (UTC +04:00)
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN

Bakı. Samir Əli - Trend:

Müharibədən sonra işğaldan azad edilən ərazilərdə baş verən faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır. Ancaq bir qədər səbr və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ də təhlükə var. Sirr deyil ki, müharibədən sonra baş verən faicələrin 53 faizi həmin ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib", - deyə E.Hacıyev bildirib.

Şöbə rəisi qeyd edib ki, sürətlə minatəmizləmə əməliyyatları aparılır, təmizlənən ərazilərə vətəndaşların təhülkəsiz qayıdışı üçün bərpa və quruculuq işləri həyata keçirilir: "Məlumdur ki, 2022-ci ildə Zəngilan rayonunun “Ağalı” kəndinə ilk sakinlər köçürüləcək. Həmin sakinlərin xəbərdar edilməsi və maarifləndirilməsi, təhlükəli ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılması zəruridir. Bu istiqamətdə işlər davam etdirilir. Hər birimiz daha çox çalışmalı, daha çox işləməli, daha çox məlumatları bölüşməli və paylaşmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti