...

Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi

Gündəm Materials 8 Dekabr 2021 16:57 (UTC +04:00)
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə  rəisi

Bakı. Samir Əli - Trend:

Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, bu köşklər ilk dəfə hava limanı ərazisində qoyulmuşdu.

"Köşklər vasitəsilə borca görə ölkədən çıxışına qadağa qoyulan şəxslər borcunu hava limanında olarkan ödəyib avtomatlaşdırılmış rejimdə aidiyyəti proseduru həyata keçirərək ölkədən çıxa bilərdi.

Hazırda həmin köşklərdə göstərilən notariat xidmətləri daha rahat və geniş formada həftənin bütün günləri 24 saat ərzində “Mobil notariat” tətbiqi üzərindən təqdim olunur. Mobil tətbiq vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi heç də sənədlərin etibarlılığını aşağı salmır. Sənədlər toplanır və notarius sənədləri prosedur qaydaları çərçivəsində təsdiqləndikdən sonra vətəndaşa geri göndərilir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti