Bakı. Samir Əli - Trend:
İl ərzində Şərqi Zəngəzur və Qarabağda 66 dəfə monitorinq işləri həyata kecirilib.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, artıq həmin ərazilərdən 657 su nümunəsi götürülüb.
"Oxçuçaydan götürülən nümunələrin nəticələri onu göstərib ki, bu ərazilərdə ən çox çirklənən bu çaydır. Bu barədə məlumatlar aidiyyəti qurumlara və beynəlxalq təşkilatlara təqdim olunub," - xidmət rəisi deyib.