...

Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb

Gündəm 19 Yanvar 2022 13:14
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov – Trend:

Bu gün Azərbaycandan İrana 21 iranlı məhbus ekstradisiya olunub.

Trend-in məlumatına görə, bunu İranın ədliyyə nazirinin beynəlxalq məsələlər və insan haqları məsələləri üzrə müavini Fəttah Əhmədi deyib.

F.Əhmədinin sözlərinə görə, Astara sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə ekstradisiya olunan məhbuslardan üçü qadındır.

O, əlavə edib ki, proses İran və Azərbaycan arasında məhbusların ekstradisiyası üzrə razılaşmanın icrası çərçivəsində həyata keçirilib:

“Qeyd olunan İran vətəndaşları əsasən narkotik maddələrlə əlaqədar məsuliyyətə cəlb olunublar. İran vətəndaşları qonşu ölkələrə səfər etməzdən öncə həmin ölkələrin qaydaları ilə tanış olmalı, kofein, psixotrop tərkibli dərmanları özləri ilə aparmaqdan çəkinməlidirlər”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti