...

Havanın mülayimləşməsi koronavirusa yoluxmanı azalda bilər?

Gündəm Materials 1 Fevral 2022 14:55 (UTC +04:00)
Havanın mülayimləşməsi koronavirusa yoluxmanı azalda bilər?

Bakı. Fərid Zöhrabov - Trend:

Özündə virusun hər hansı bir əlamətini hiss edən şəxs dərhal özünütəcrid rejiminə keçib, həkimlə məsləhətləşməlidir.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib.

F.Sədirov bildirib ki, Omikron ştammının yoluxduruculuq qabiliyyəti virusun başqa növlərindən daha çoxdur.

“Omikron” ştammının öldürücülük qabiliyyəti isə azdır. Lakin bu, virusa yoluxan hər kəsə şamil edilmir. Bundan başqa hamilələr, xəstə insanlar, yaşlılar virusun bu növünü də ağır keçirdir. İmmuniteti güclü olan, virusa yoluxub sağalan və vaksin olunan şəxslər bu xəstəliyi zəif keçirə bilər“.

F.Sədirov əlavə edib ki, yaz-yay aylarında virusun geniş yayılmayacağını demək çətindir.

"Belə ki, ölkəmizdə keçən il yay aylarında virusun dalğasını yaşadıq. Yəni yaz-yay aylarının gəlişi virusun yayılmasını səngitmir. Sadəcə olaraq qeyd etdiyim fəsillərdə daha çox açıq havada zaman keçirdiyimizə görə yoluxma azalır“, - deyə mütəxəssis qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti