...

Ötən gün 80-ə yaxın toyda monitorinq keçirilib, 4 nəfər cərimələnib

Gündəm Materials 17 Fevral 2022 09:39 (UTC +04:00)
Ötən gün 80-ə yaxın toyda monitorinq keçirilib, 4 nəfər cərimələnib

Bakı. Samir Əli - Trend:

Fevralın 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq 75 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

146 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti