Bakı. Trend:
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.
ANAMA-dan Trend-ə bildirilib ki, fevralın 21-dən fevralın 26-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 33 piyada əleyhinə mina, 24 tank əleyhinə mina və 266 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 94,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.