...

Türkiyə hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyəcək

Gündəm Materials 28 Fevral 2022 23:18 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə hərbi gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinin qadağası ilə bağlı bütün ölkələrə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Türkiyə bütün sahilyanı və sahilyanı olmayan ölkələrə hərbi gəmilərin boğazlardan keçməsinə tətbiq edilən qadağa barədə xəbərdarlıq edib", - deyə M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri boğazlardan hərbi gəmilərin keçməsi ilə bağlı heç bir müraciət olmayıb.

XİN rəhbəri vurğulayıb ki, Ankara Montrö Konvensiyasının müddəalarına ciddi şəkildə əməl etməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti