...

Visa və Mastercard Rusiyada fəaliyyətini dayandırır

Gündəm Materials 10 Mart 2022 04:57 (UTC +04:00)

Bakı. Trend:

Visa və MasterCard beynəlxalq ödəniş sistemləri Rusiyada martın 10-da fəaliyyətini dayandırıb.

Trend xəbər verir ki, Rusiya bankları tərəfindən buraxılmış bu ödəniş sistemlərinin bütün kartları əvvəlki kimi ölkə ərazisində işləməyə davam edəcək, lakin onların vasitəsiylə xaricdə ödəniş etmək mümkün olmayacaq.

Bundan əlavə, transsərhəd əməliyyatlar, xüsusilə, xarici onlayn mağazalarda alış-veriş üçün ödəniş də mümkün olmayacaq. Həmçinin, Visa və MasterCard kartlarından Apple Pay və Google Pay xidmətlərində istifadə etmək mümkün olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti