...

ABŞ Ukraynaya 13,6 milyard dollar yardım edəcək

Gündəm Materials 16 Mart 2022 00:53 (UTC +04:00)
ABŞ Ukraynaya 13,6 milyard dollar yardım edəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya 13,6 milyard dollar məbləğində hərbi, humanitar və iqtisadi yardımı haqqında qanun imzalayıb.

Trend-in məlumatına görə, bu barədə C.Bayden Vaşınqtonda çıxışı zamanı deyib.

“Mən Ukraynaya tarixi 13,6 milyard dollar həcmində yardımı göstərən sənədi imzaladım”, deyə ABŞ prezidenti bildirib.

Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq. Qalan vəsaitlər digər sahələrə - Ukraynaya humanitar və iqtisadi yardıma yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti