...

Rusiya Avropaya pulsuz qaz tədarük etməyəcək - Peskov

Gündəm Materials 29 Mart 2022 08:17 (UTC +04:00)
Rusiya Avropaya pulsuz qaz tədarük etməyəcək - Peskov

Bakı. Trend:

Rusiya xeyriyyəçiliklə məşğul olmaq və Avropanı öz təbii qazını pulsuz təmin etmək niyyətində deyil, Moskva Aİ-nin bu tədarükün pulunu rublla ödəməkdən imtina edəcəyi təqdirdə vəziyyəti arışdaracaq və əlavə qərarlar qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə "PBS" televiziya kanalında müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu fürsəti rədd edəndə nə baş verəcək, bilmirəm. Yekun qərar barədə məlumat alan kimi nəyin edilə biləcəyini araşdıracağıq. Ancaq biz qətiliklə bununla bağlı xeyriyyəçiliklə məşğul olmaq, Qərbi Avropaya pulsuz qaz göndərmək niyyətində deyilik", - deyə Rusiya liderinin rəsmi nümayəndəsi Qərb ölkələrinin mavi yanacağın tədarükünü rublla ödəmək fikrində olmadıqları barədə sözlərini şərh edərkən bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti