...

Azərbaycanda “kinder” məhsullarında bakteriya aşkarlanmayıb - Qoşqar Təhməzli

Gündəm Materials 12 Aprel 2022 13:37 (UTC +04:00)
Azərbaycanda “kinder” məhsullarında bakteriya aşkarlanmayıb - Qoşqar Təhməzli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “kinder” məhsullarının yığışdırılması ilə bağlı qərar yoxdur.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisdə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Kinder”in Belçikada müəyyən aralıqda istehsal etdiyi 6 növ məhsul “Salmonella” bakteriyasının olması şübhəsi ilə ixrac edildiyi ölkələrdən geri çağrılır:

"Azərbaycanda olan həmin məhsullarda “salmonella” aşkarlanmayıb. “Salmonella” ilə zəhərlənmə ilə bağlı da hər hansı bir hal baş verməyib.

Hazırda ticarət mərkəzlərində satılan məhsullar o kateqoriyadan deyil. Geri çağılmış məhsullar yığışdırıldıqdan sonra təkrar ekspertizalar keçiriləcək. Ekspertizadan sonra həmin məhsulların taleyi ilə bağlı qərar veriləcək”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti