...

Prokuror Maqsud Mahmudova 14 il cəza istədi

Gündəm Materials 25 Aprel 2022 16:46 (UTC +04:00)
Prokuror Maqsud Mahmudova 14 il cəza istədi

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Maqsud Mahmudovun ittihamlarda təqsirinin sübuta yetirildiyini bildirib və onun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Aslan Qəhrəmanov bildirib ki, Maqsud Mahmudovun həbs edilməsinin ona heç bir xeyri yoxdur: "Bizə maraqlı olan pullarımızdır. Bizə dəymiş ziyan necə olacaq? Maqsud ya tutuldu, ya öldü, bizə fərq eləmir. Əsas bizə dəymiş ziyan ödənilsin".

Prosesdə vəkil müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə prosesi aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti