...

Həbsdə olan sabiq bələdiyyə sədri Aytac Əliyevanın bacısı azadlığa buraxıldı

Gündəm Materials 12 May 2022 14:37 (UTC +04:00)
Həbsdə olan sabiq bələdiyyə sədri Aytac Əliyevanın bacısı azadlığa buraxıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə İ. Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Təqsirləndirilən şəxslər 16 epizod üzrə yarım milyon manata yaxın dələduzluqda ittiham edilir.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti