Bakı. Trend:
Türkiyə, İsveç və Finlandiya Stokholm və Helsinkinin NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı üçtərəfli memorandum imzalayıb.
Trend-in məlumatına görə, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Madriddə keçirilən dördtərəfli görüşdən sonra imzalanıb.
Memorandumu Türkiyənin xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Finlandiyanın Pekka Haavisto və İsveçin xarici işlər nazirləri Anne Linde imzalayıblar.