...

Hüquq- mühafizə orqanları əməkdaşları adından dələduzluq edən şəxsə hökm oxundu

Gündəm Materials 1 İyul 2022 11:09 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlıya hökm oxunub.

Trend-in məlumatına görə, hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, F.Sadıxlı zərərçəkmiş Tahir Abdullayevə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. O, həmin şəxsdən 20 min manat alaraq onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi barədə vəd verib.

Həmçinin F.Sadıxlı digər zərərçəkmiş Tahir Hüseynovu da eyni üsulla aldadaraq ondan 100 min manat pul alıb.

Daha sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan F.Sadıxlının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti